Küçə adları dəyişdirilərkən bu amil nəzərə ALINACAQ Yenilik

10.10.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

News24.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью