Küçə itləri 9 yaşlı uşağa hücum edib

07.04.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyədə küçə itlərinin insanlara hücumları artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün azyaşlıya daha bir hücum faktı qeydə alınıb.

Məlumata görə, Malatyanın Yeşilyurt rayonunda Heyvan bazarının yaxınlığında küçədə oynayan 9 yaşlı Murat Canpolata 6 it qəfildən hücum edib: "İtlər uşağın ayaq və qol nahiyələrindən dişləyərək ona xəsarətlər yetişdiriblər. Murat xəstəxanaya aparılıb.Həyatına təhlükə olmasa da, yaralara görə uzun müddət müalicə alacağı dəqiqləşib".

Lamiyə 
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью