Küçə itləri məktəbli qıza hücum etdi Anbaan video

21.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb.
Hadisəni görən yaxınlıqdakı sakinlər müdaxilə edərək məktəbli qızı itlərin əlindən xilas ediblər.
Hücum nəticəsində qızın ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Görüntülər təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Xatırladaq ki, bu gün Şəkidə də 4 yaşlı qız itlərin hücumuna məruz qalmışdı. (Qafqazinfo.az)

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью