Küçə itləri uşaqlara hücum etdi Biri öldü, digəri yaralandı

29.04.2026

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Türkiyədə Vanın Saray rayonunda sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb, 10 yaşlı uşaq isə yüngül xəsarət alıb.

Medicina.az xəbər verir ki, Saray Bələdiyyəsinin Kazımpaşa məhəlləsində sahibsiz itlər əmiuşaqları olan 5 yaşlı Həmzə və 10 yaşlı Ayaz Özsoya hücum ediblər.

İtləri qovub uzaqlaşdıran ətrafdakıların xəbərindən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti və polis qrupları göndərilib. Yaralı iki uşaq Saray Dövlət Xəstəxanasına aparılıb.

Vəziyyəti ağır olan Həmzə Özsoyun tibbi müdaxilələrə baxmayaraq xilas edilməsi mümkün olmayıb. Yüngül xəsarətlər alan Ayaz Özsoy Van Təlim və Araşdırma Xəstəxanasına köçürülüb.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью