Küçə ticarətinin qarşısını kim almalıdır???

29.09.2026

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakının bir çox rayonlarda sözün həqiqi mənasında  küçə ticarəti tüğyan edir. Təəssüf ki, bunun da qarşısını almalı olan icra orqanları bir tədbir görmür. Heç uzağa getməyək.

Nizami rayonunda Qara Qarayev prospektində ,metro stansiyasının üstündə yolun ortasında nə desən satılır. Özü də antisanitariya şəraitində! Hətta yolun ortasında qoyulub satılan məhsullara görə piyadalar   səkidə rahat hərəkət  edə  bilmirlər! Sanki bura  səki deyil, 8- ci Kilometr bazarıdır. Bu səhnəyə isə rayon ərazisində xidmət aparan polislər çox laqeyd münasibət göstərirlər. Düşünürlər ki, elə belə də olmalıdır.

Bəs, onda Bakıda küçə ticarəti niyə qadağan edilib! Amma bu sənəddə belədir. Reallıqda  isə Bakının bütün rayonlarında küçə ticarəti baş alıb gedir. Küçədə satılan o məhsulların keyfiyyəti nə yerdədir! Heç onu da demək mümkün deyil! Tozun- torpağın içində satılan məhsul neçə olacaq? Hər halda , aidiyyəti qurumlar bu barədə  ciddi düşünməlidir! Qara Qarayev metro stansiyasının üstündəki küçə ticarətinə gəldikdə isə bu qanunsuzluğa  birmənalı olaraq Nizami Rayon İcra Hakimiyyəti  məsuliyyət daşıyır! Təəssüf ki,onlar da küçə ticarətinə göz yumurlar!!!

Emil FAİQOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью