Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

10.10.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. 
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihəsində öz əksini tapıb. 

Qeyd edək ki,bundan əvvəl  prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью