Küçədə alt paltarında gəzən reper həbs edilib

23.08.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Məşhur amerikalı reper Lil Nas X Los-Anceles küçələrində qeyri-adi gəzintidən sonra həbs olunub. SİA xarici mətbuata istinadən xəbər veir ki, musiqiçi alt paltarında və kovboy çəkmələrində şəhər gəzintisinə çıxıb. Onun çılpaq şəkildə gəzdiyini görən və narahat olan sakinlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları sənətçini saxlamağa çalışsalar da, o, müqavimət göstərib. Həbs olunan reper zabitlərə hücum edib. Onun narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunandan sonra xəstəxanaya yerlşdirilib. Xatırladaq ki, reper aprel ayında qəfil üz iflici keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью