Küçədə qadını soyub qaçdılar | Icma.az
Icma.az bildirir, Gununsesi portalına istinadən. Rusiyanın Leninqrad vilayətinin Vıborq rayonunda qadına qarşı soyğun hadisəsi baş verib.
Hadisə nəticəsində zərərçəkən qadın qızıl bəzək əşyalarından məhrum olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, 17 aprel tarixində Vıborq polisinin istintaq şöbəsi tərəfindən soyğun faktı üzrə cinayət işi başlanıb.
Hadisə bir neçə gün öncə baş verib. 50 yaşlı qadın polisə müraciət edərək bildirib ki, gündüz saatlarında Qaqarin küçəsində yerləşən “Tashke
Cinayətkarlar qadının qızıl sırğalarını və boynundakı zənciri zorla çıxararaq hadisə yerindən uzaqlaşıblar.
Dəymiş zərərin ümumi dəyəri təxminən 100 min rubl (təxminən 1800 AZN) olaraq qiymətləndirilir.
Hazırda hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin axtarışını aparır.
Tam oxu
Xəbəri oxu