Küçədə söyüş söyənlər 15 gün həbs oluna bilər

12.09.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Küçədə, parkda, yaşayış binalarının həyətində və digər ictimai yerlərdə yüksək səslə danışmaq, söyüş söymək və ətrafdakı insanların narahatlığına səbəb olacaq davranışlara yol vermək halları ilə tez-tez rastlaşırıq. Belə davranışlar ictimai asayişin və digər şəxslərin rahatlığının pozulmasına səbəb ola bilər.
İctimai yerdə söyüş söymək, səs-küy salmaq və insanların rahatlığını pozmaq hansı hallarda məsuliyyətə səbəb olur?
Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar” fəslinə aid olan xırda xuliqanlıq İXM-nin 510-cu maddəsində nəzərdə tutulub:
“Müvafiq maddəyə əsasən, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlərin edilməsi inzibati xəta kimi tövsif edilir və inzibati məsuliyyətə səbəb olur”.
Onun sözlərinə görə, belə əməllərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq edilir:
“İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 15 günədək müddətə inzibati həbs tətbiq olunur”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью