Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Türkiyənin Kapucubaşı məhəlləsində qəribə insident baş verib.
"Bakupost" Türkiyə mediasına istinadən xəbər verir ki, 38 yaşlı Tolqa Ç. iş yerinin qarşısında dayanan 46 yaşlı S.E.-yə arxadan yaxınlaşaraq onun sol qulağı nahiyəsinə güclü şillə vurub.
Hadisə anı müşahidə kameraları tərəfindən lentə alınıb. Zərərçəkmiş qadın baş verənlərlə bağlı polisə şikayət edib.
Qadının şikayətindən sonra polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Əvvəllər də 6 cinayət hadisəsində adının hallandığı bildirilən Tolqa Ç. qısa müddətdə saxlanılıb
Şübhəli şəxs ifadəsində qadına qəsdən vurmadığını, qolunun təsadüfən onun üzünə dəydiyini iddia edib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Yasəmən, BakuPost