Küçədə uşağıma elə sözlər dedi ki...

24.05.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Cavid Gülün həyat yoldaşı Nərgiz paylaşımı ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, o, küçədə gedərkən iki xanımın övladına xoşagəlməz sözlər dediyini bildirib. Nərgiz əlavə edib ki, həmin qızlarla dava edib:

"Uşağa söz atmaq mənim üçün ən axırıncı hərəkətdi. Bunu heç cürə bağışlaya bilmərəm. Bir tanınmış saat yeri var. Cavidlə Safiyə öndə gedir, mağazanın qarşısında iki qız dayanıb. Görürəm ki, ağızlarını əydilər. Dayandım qulaq asdım. Uşağa nələr dedilər. Pis, nifət, kin dolu sözlər deyir. Dayanıb uşaq haqqında iyrənc sözlər işlədirsən. Hanı sənin insanlığın? Məndən xoşun gəlməsin, normaldır. Amma bir uşaq haqqında dediklərin... Onun yerindəcə payını verdim. Həmin saat mağazasının adını yaza bilərdim, amma Allah bilsin. Bəzi insanların ürəyi çirkindir. Allah sənin ürəyinə görə versin. Necə cavan qız, murdar ürəyə sahibdir".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью