Küçədə və ayaq üstü qidalanmanın BÖYÜK TƏHLÜKƏSİ

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Ayaq üstə və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır.

Yaponiyanın Hirosima universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər 1000-dən çox könüllünün üzərində təcrübə aparıb. Könüllülər qidalanma sürətinə görə, 3 qrupa ayrılıb. Ayaq üstə və daha sürətlə yeməyə üstünlük verən qrupda metabolizm sindromunun yaranma riski 11,6 faiz daha çox olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu cür qidalanma tromb yaranmasına meyillilik, arterial hipertenziya, piylənmə kimi pozuntularla müşayiət oluna bilər./lent.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью