Küçələrdə qalan fiziki məhdudiyyətli şəxs həyatdan küsməsinin səbəbini AÇIQLADI

23.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə küçələrdə qalan fiziki məhdudiyyətli Adam həyat hekayəsini danışıb.

Ali təhsilli olan kimsəsiz şəxs qəzadan sonra ayağının birinin amputasiya edildiyini, həyatdan küsməsinin səbəbinin sevdiyi qadının onu tərk etməsi olduğunu söyləyib.

Səfil həyatı yaşadığı üçün qoca görünən 38 yaşlı Adam əvvəlki görünüşünə qayıtmaq istəyib.

Baku TV-nin dəstəyi ilə ona yeni paltarlar alınıb, saç-saqqalına əl gəzdirilib və nəticədən razı qalan Adam yaşamaq istəyinin artdığını deyib.

Ətraflı süjetdə:

Küçələrdə qalan fiziki məhdudiyyətli şəxs həyatdan küsməsinin səbəbini AÇIQLADI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью