Küçələrə pul səpildi Toy karvanından (VİDEO)

14.11.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Qubada toy karvanında avtoşluq edən avtomobillərin görüntüləri yayılıb.
Bakupost.az xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.
Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görünür.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Buna baxmayaraq, qayda pozuntularına hələ də də rast gəlinir.
Xatırladaq ki, bir neçə gün qabaq yenə Quba rayonunda toy karvanındakı maşınlardan birinin törətdiyi ağır qəzada 23 yaşlı oğlan həlak olmuşdu.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью