Küçəni zibilləyib ona iradını bildirən sürücüyə “Gələn dəfə səndən icazə alarıq” dedi VİDEO

25.04.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində qayda pozan piyada avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 25-də saat 12:33 radələrində qeydə alınıb. Belə ki, 10-SU-313 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü əlindəki siqaret kötüyünü maşının pəncərəsindən yola atıb. Daha sonra görüntünü qeydə alan sürücü maşına yaxınlaşaraq “Maşına zibil qabı qoy siqareti onun içinə tulla. Yola siqaret atırlar?” deyərək ona iradını bildirib. Küçəni zibilləyən sürücü isə “Sən heç yola siqaret atmamısan? Olanda olurda nə edək. Gələn dəfə səndən icazə alarıq” - deyə, ona cavab verir. Sürücü isə ona “İcazə alma, mədəniyyətin olsun” deyərək ərazidən uzaqlaşıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью