Kukla Teatrının səhnəsində evlilik təklifi edildi FOTO

08.02.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 7-də Kukla Teatrının səhnəsində müstəqil “Oyun” İnklüziv Teatrının təqdimatında “Parkda” tamaşası başa çatdıqdan sonra maraqlı və duyğusal anlar yaşanıb.

Gununsesi.info Musavat.com – a istinadən xəbər verir ki, tamaşada rol alan həvəskar aktyorlardan biri, əlliliyi olan Kamran Hüseynov səhnədə sevgilisi Xədicə Talıblıya evlilik təklifi edib. Onun bu romantik jesti zalda olan tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

Xədicə Talıblının “hə” cavabı alqışlarla və coşğulu reaksiyalarla qarşılanıb. Həm tamaşa iştirakçıları, həm də zalda əyləşənlər bu xoş anın şahidi olaraq sevinclərini bölüşüblər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью