Kukurelladan mundialla bağlı maraqlı vəd

16.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Kukurelladan mundialla bağlı maraqlı vəd

İspaniya millisinin müdafiəçisi Mark Kukurella DÇ-2026-nın qalibi olacaqları təqdirdə maraqlı vəd verib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.

"Əgər dünya çempionu olsaq, bədənimə baş məşqçi Luis de la Fuentenin simasının döyməsini etdirəcəyəm", - deyə Kukurella bildirib.

Qeyd edək ki, İspaniya millisi yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Luis de la Fuentenin komandası iyulun 19-da Bakı vaxtı ilə saat 00:00-da Argentina millisi ilə qarşılaşacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью