Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İspaniya millisinin və “Çelsi”nin müdafiəçisi Mark Kukurelya “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülerdən danışıb.
QOL.az “Managing Madrid”ə istinadən xəbər verir ki, futbolçu komanda yoldaşının Madrid klubunun oyununa ciddi təsir göstərdiyini bildirib.
“Haqqında danışmaq istədiyim, lakin kölgədə qalan bir futbolçu var – Arda Güler. O, meydanda olanda biz tamamilə fərqli komandaya çevrilirik. Görünüşcə uşaq təsiri bağışlayır, amma meydandakı oyunu heyranedicidir. O, böyük ustadır”, – deyə Kukurelya söyləyib.
Qeyd edək ki, 21 yaşlı Arda Gülər cari mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.