Kukurelya “Barselona” ilə oyun barədə: “Mənim və ailəm üçün xüsusi matçdır”

25.11.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Çelsi”nin müdafiəçisi Mark Kukurelya UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona”ya qarşı keçiriləcək qarşıdakı oyun barədə danışıb.

İdman.Biz bildirir ki, oyunçu Kataloniya klubunun gənclər sisteminin yetirməsidir.

“Bu, mənim və ailəm üçün xüsusi bir oyundur. İllər əvvəl “Eybar”da “Barselona”ya qarşı oynamışdım, amma indi onlarla Çempionlar Liqasında qarşılaşmaq imkanım var. “Çelsi” – “Barselona” qarşılaşması həmişə həyəcanlı olub və ümid edirəm ki, sabah da eyni olacaq və üç xal qazanacağıq”, - Kukurelya UEFA-nın rəsmi saytında bildirib.

Bu oyuna qədər “Çelsi” və “Barselona” hər iki komandanın yeddi xalla Çempionlar Liqası turnir cədvəlinin ortasındadırlar.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью