Kukurelya “Real”da DÇ sonrası imzalayacaq

15.06.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Madrid klubu “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelyanı transfer etmək üçün London təmsilçisi ilə razılığa gəlib.

İspaniyalı futbolçunun keçidinin DÇ-2026-dan sonra rəsmiləşəcəyi bildirilir.

Fabrizio Romanonun məlumatına görə, tərəflər artıq anlaşma əldə edib və Kukurelya uzunmüddətli müqaviləyə razılıq verib. Transferin məbləğinin 55 milyon avro + 5 milyon avro bonus təşkil edəcəyi qeyd olunur. 
27 yaşlı müdafiəçi 2022-ci ildən “Çelsi”də çıxış edirdi. O, daha əvvəl “Barselona”, “Eybar”, “Xetafe” və “Brayton”un da formasını geyinib.

Qeyd edək ki, Kukurelya hazırda İspaniya millisi ilə DÇ-2026-da iştirak edir.

Fil Dişi Sahili 3 xalı son dəqiqədə qazandı – YENİLƏNİB Terim Türkiyə millisinə inamını itirmir: "2008-dəki kimi" DÇ-ya buraxılmayan hakimə təsəlli – FIFA pulunu verəcək Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью