Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Tanınmış rusiyalı teleaparıcı və aktrisa Veronika Qaniç 60 yaşında vəfat edib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
Qaniçin ölüm səbəbi hələlik deyilməyib
Qeyd edək ki, Qaniç 1987-ci ildə Boris Şukin adına Teatr İnstitutunu bitirib. O, model və teleaparıcı Oksana Fedorova ilə birlikdə “Rossiya 1” kanalında “Subbotnik” verilişinin aparıcısı olub. Eyni zamanda o, NTV və Eda kanallarında çalışıb, Aşpazlar Gildiyasının üzvü olub və kulinariya kitablarının müəllifidir. “Kulagin və Tərəfdaşlar” serialında o, əsas rolları – detektiv Leonid Kulaginin köməkçisi Nikanı canlandırıb. Aktrisa, həmçinin “Qatil yeri boşdur…” və “Qarajlar” seriallarında, “Bu mənəm, axmaq” və “Qırmızı Teatra Bilet, yaxud Məzarqazan Ölümü” filmlərində də rol alıb.
Xatırladaq ki, bir müddət əvvəl “Lyube” qrupunun keçmiş gitaraçısı Yuri Rımanov 70 yaşında vəfat etmişdi.
Maqsud