Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Külə dönən evinin qarşısında pişiyini qucaqlaması ilə insanların yaddaşına həkk olunmuş 93 yaşlı Ali Meşe dünyasını dəyişib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, sağlamlıq problemləri səbəbilə bir müddətdir xəstəxanada müalicə alan Meşe həkimlərin səylərinə baxmayaraq bu gün vəfat edib.
Xatırladaq ki, Ali Meşe 17 yanvar 2018-ci ildə baş verən faciəli hadisə ilə bütün Türkiyənin diqqətini çəkmişdi. Ordular kəndində sobanı yandırmaq istəyərkən baş verən yanğın nəticəsində onun taxta evi tamamilə yararsız hala düşmüşdü.
Yanğının söndürülməsi zamanı evinin xarabalıqları önündə pişiyini qucaqlayıb ağladığı anlar kameralara düşmüş, bu görüntülər ölkə miqyasında böyük təsir yaratmışdı. Həmin kadrlar sosial mediada və xəbər portallarında geniş yayılmış, minlərlə insanın qəlbinə toxunmuşdu.
Hadisədən sonra dövlət qurumlarının və xeyriyyəçilərin dəstəyi ilə Ali Meşe üçün yeni bir ev tikilmiş, o isə sevimli pişiyi ilə birlikdə həmin evə yerləşdirilmişdi.
Gülayə Mecid