Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi Səfir

05.02.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba Azərbaycanın energetika sahəsində ölkəsinə ardıcıl dəstəyini yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev X hesabında paylaşım edib.

Səfir bu ölkədəki diplomatik korpus nümayəndələri ilə "sahə ziyarəti" zamanı Kuleba ilə görüşdüyünü bildirib.

"Enerji dayanıqlılığının böyük çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın ardıcıl dəstəyini yüksək qiymətləndirdiyi üçün baş nazirin müavininə minnətdaram", - səfir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью