Kuleba: USQ i altı ay ərzində cəbhədə silah çatışmazlığı hiss edəcək | Icma.az
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Silahlı Qüvvələri (USQ) həqiqətən də altı aydan sonra cəbhədə silah çatışmazlığı hiss edəcək.
Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Keçmiş nazir Avropanın “Politico” nəşrinə verdiyi şərhdə etiraf edib ki, ABŞ prezidenti Donald Trampın Kiyevə silah tədarükünü dayandırmaqla bağlı hədəsi “Ukraynaya ən güclü təsirdir”.
“Məncə, cəbhə xəttində silah çatışmazlığını həqiqətən hiss etməyə başlamamıza altı ayımız var”, - deyə Kuleba qeyd edib.
Keçmiş prezident Petro Poroşenkonun Avropa Həmrəyliyi partiyasından olan Ali Radanın deputatı İvanna Klimpuş-Tsintsadze mətbuata verdiyi şərhdə bildirib ki, “Avropalıların fəallaşması üçün maksimum altı ay vaxtı var”.
Onun sözlərinə görə, Aİ "sadəcə amerikalıların sahib olduğu şeylərə sahib deyil".
Yanvarın 25-də Dövlət Departamenti Ukrayna və digər ölkələrə yardımı 90 gün müddətinə dayandırıb.
Tam oxu
Xəbəri oxu