Kuleba: Yeni Rusiya ABŞ reallığını qəbul etmək lazımdır

04.03.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Onun sözlərinə görə artıq elə bir zərurət yaranıb ki, hər kəs Rusiya və ABŞ-nin harmoniya içində yaşadığı yeni reallığı qəbul etməlidir.
CNN-dən Ukrayna ilə bağlı bədbin proqnoz Kuleba Tramp-Zelenski qarşıdurmasına da toxunub. Ukrayna prezidenti ilə Amerika lideri arasında Ağ Evdə baş verən mübahisədən sonra hər kəs ABŞ-nin artıq Ukrayna və Avropanın özünə müttəfiqi hesab etmədiyini gördü. Keçmiş XİN rəhbəri hadisələrin bu cür dönüşünə təəccüblənmədiyini, lakin hər şeyin necə sürətlə cərəyan etməsinə heyrətləndiyini söyləyib.
Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью