Külək Bakıda bir neçə yerdə ağac və budaqları sındırdı

21.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Havaların qeyri-sabit və küləkli keçməsi nəticəsində paytaxtda bir neçə yerdə ağac və budaqlar sınıb.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-in n Yaşıllaşdırma Təsərrüfatı Birliyi gecə saatlarında sınan ağac və budaqları götürüb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью