Külək elektrik dirəyini aşırdı, qəsəbə işıqsız qaldı

15.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb.

Axar.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

Belə ki, elektrik dirəyi güclü küləyin təsiri nəticəsində aşıb. Nəticədə yaşayış massivinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Elektrik dirəyinin yenisi ilə əvəzlənməsi və elektrik enerjisinin bərpası istiqamətində işlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью