Külək Enerjisi Konqresi keçirilir

04.11.2024

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


İstanbulda Türkiyənin Külək Enerjisi Konqresi keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, “Gələcəyin Enerjisi, Türkiyənin Gələcəyi” devizi ilə keçirilən 13-cü Türkiyə Külək Enerjisi Konqresi (TÜREK) külək enerjisi sektorundakı son inkişafların müzakirə ediləcəyi mühüm platformadır.
Konqres Avropa başda olmaqla dünyanın aparıcı külək enerjisi regionlarından ekspertlər, maraqlı tərəflər, siyasətçilər və akademiklərin iştirakı ilə keçiriləcək.
TÜREB-in verdiyi açıqlamaya görə, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Avropa İttifaqı (Aİ) Türkiyə Nümayəndəliyinin Proqram Meneceri Kristian Ballaro, Beynəlxalq Enerji Agentliyinin Bərpa Olunan Enerji Bölməsinin rəhbəri Paolo Frankl, Beynəlxalq Maliyyə Korporasiyası IFC Bərpa Olunan Enerji üzrə Baş Mütəxəssisi Sean Whittaker və Windeurope prezidenti Giles Dickson konqresdə iştirak edəcək.
Mehman Mehdiyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью