Külək əsəcək Sarı xəbərdarlıq

13.06.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın bəzi bölgələrində iyunun 14-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью