Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhər sakini hündür şam ağaclarının hər an aşma təhlükəsi ilə üz-üzə qaldığını bildirib.
Oxu.Az-a müraciət edən sakin bildirib ki, şəhərin Cavad bəy Şıxlinski küçəsində hündürlüyü təxminən 30 metrə çatan şam ağacları qəzalı vəziyyətdədir və hər an aşa bilər.
Külək əsən kimi qorxu başlayır: Gəncədə hündür şam ağacları hər an aşa bilər
"Məsələ ilə bağlı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsək də, tədbir görən olmayıb. Xüsusilə küləkli və yağışlı havalarda bu ağaclar ciddi təhlükə yaradır", - deyə sakin bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhəri İcra Hakimiyyətindən bildirilib ki, ağacın bioloji inkişafı davam etdiyindən onun kəsilməsi və ya budanması məqsədəuyğun hesab edilmir:
"Aidiyyəti qurumların nümayəndələri tərəfindən ağacın ümumi vəziyyətinə təkrar baxış keçirildikdən sonra dayanıqlılığının artırılması məqsədilə bəndləmə və bərkitmə işlərinin aparılması nəzərdə tutulur".
Əzizə İsmayılova