Külək Göyçayda sahibkarlara ağır ziyan vurdu FOTO

15.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Gecədən əsən güclü külək Göyçayda fəsadlar törədib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, güclü külək səbəbindən rayonda elektrik enerjisinin verilişi dayanıb.

Şəhər ərazisində bir neçə irigövdəli ağaclar aşıb, çoxmərtəbəli binaların dam örtüyü uçub, ticarət obyektlərinə ziyan dəyib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar, təcili və təxirə salınmaz zəruri işləri həyata keçirilir.
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью