Külək güclənəcək XƏBƏRDARLIQ

30.01.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью