Külək güclənəcək Xəbərdarlıq

05.01.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq olunub.

Bu haqda “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı günün birinci yarısında şimal-qərb küləyinin bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью