Külək güclənib FAKTİKİ HAVA

03.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Avtosfer.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, yanvarın 3-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью