Külək irigövdəli ağacı yola AŞIRDI VİDEO

07.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Günorta saatlarından Cəlilabad rayonunda müşahidə olunan küləkli hava rayonda müəyyən problemlərə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad-Göytəpə yolunda və Göytəpə şəhərində ağacları aşırıb, xüsusilə yol ətrafındakı istixanalara ciddi ziyan vurub.

İrigövdəli ağacların yolun hərəkət hissəsini düşməsi ilə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları da cəlb olunub və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Hazırda cənub bölgəsində güclü külək davam edir./Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью