Külək Mingəçevirdə yaşayış binasının dam örtüyünü dağıdıb Video

14.12.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, daha əvvəl Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində küləyin sürətinin artacağı barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.
Belə ki, şəhərdə iri gövdəli bir neçə ağac aşıb, bəzi küçələrdə elektirik naqilləri qırılıb.
Şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyü dağılıb, qalıntılar binanın həyətinə və avtomobillərin üzərinə tökülüb.
Həmçinin Oğuz-Bayan avtomobil yoluna aşan iri gövdəli ağac nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaradıb. Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Esmira Hidayətova, Mingəçevir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью