Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün sevindirici və qürurverici bir haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Bütöv Azərbaycanda qeyd edir.
"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edi
Artıq bir neçə ildir ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi fikirlər bir həqiqətə çevrildi.
Tonqallarımız əzəli torpaqlarımızda – Bütöv Azərbaycanda qalanır, el-obamız bayramı sevinclə - Zəfər sevinci ilə qaşılayır.
Qəlblərdə sevgi, torpaqda atəş yaşanır. İllərdir arzuladığımız və böyük məsləkimizə qovuşduğumuz torpaqlarımızda çərşənbəmizi qeyd edirik.
Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır, od-alov aləmə yayılır.