Külək səbəbindən dəmiryollarında sürət həddi belə tənzimlənir

21.02.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью