Küləklə bağlı SARI XƏBƏRDARLIQ

28.11.2024

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a bildirilib ki, noyabrın 29-u Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Siyəzən, Xızı, Xaçmaz, Şabran, Quba, Qusar, Goranboy, Naftalan, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Daşkəsən, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью