Küləklə bağlı XƏBƏRDARLIQ

13.05.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Hava ilə bağlı sarı xəbərdarlıq verilib

Mayın 14-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xəbərə görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью