Küləklə bağlı xəbərdarlıq

12.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 13-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Laçın, Zəngilan, Ağdam, Ağdərə, Kəlbəcər, Yardımlı, Lerik, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью