Küləklə bağlı xəbərdarlıq

13.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью