Küləkli günlərdə iş rejimi dəyişir Parlamentdən addım

16.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin bugünkü iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib. Sənəd küləkli hava şəraitində işçilərin təhlükəsizliyinin qorunması və iş rejiminin yeni qaydalarla tənzimlənməsini nəzərdə tutur.

"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə xüsusi qurğularda çalışan işçilərə küləkli hava şəraitində müəyyən olunmuş qaydada fasilələr veriləcək və zəruri hallarda iş tamamilə dayandırılacaq.

Dəyişikliklərdə kranların istismarı ilə bağlı xüsusi təhlükəsizlik hədləri də müəyyən olunub. Belə ki, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında xüsusi nəzərdə tutulmuş hallarda icazə veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla aparılan bütün növ işlər istisna olmadan dərhal dayandırılacaq. Dördpendirli pizza

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью