Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

28.02.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bununla bağlı "Unikal"a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

Xəbərdarlığa əsasən, martın 1-də  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi  18-23 m/s, arabir 25-28 m/s,  açıq dənizdə isə gecə və səhər arabir 30 m/s-dək güclənəcəyi  gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.5-5.5 m.çatacağı proqnozlaşdırılır


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью