Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

24.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Hacıqabul, Salyan, Neftçala, Xaçmaz, Şabran, Quba, Qusar, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью