Küləkli hava ilə bağlı Xəbərdarlıq

06.12.2024

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın bəzi rayonlarında dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq elan edib.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlıq edilib.

Qeyd olunub ki, bu rayonlarda fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью