Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

11.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, iyunun 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью