Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

13.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью