Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

21.11.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Şabran, Xızı, Salyan, Xaçmaz, Neftçalada fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью