Küləkli havada 1 nəfər həyatını itirib, 4 nəfər isə XƏSARƏT alıb

05.02.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 4-də küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən Bizim.Media-ya məlumat verilib.
Məlumatda qeyd olunub ki, küləkli hava 4 nəfərin xəsarət almasına, 1 nəfərin isə ölümünə səbəb olub.
"Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью